Nadir Qafarzadə: “Onların oxuduğu mahnıları anlamıram”

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə: “Onların oxuduğu mahnıları anlamıram”

Şou

25 Mart 2025 17:29 366


"Deyirlər ki, filan mahnını oxuyursan, onda çörək yoxdur. Cavab verirəm ki, o mənə mənəvi qida verirsə, artıq çörəkdir. Mütləqdir ki, mədəmi doldurum?"

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İncə səhər" verilişndə deyib. O, yeni çıxan ifalarının qısa zamanda unudulacağını açıqlayıb:

"Mədə niyyətini güdməyək, mədəniyyəti də düşünək. Beynimizi yaxşı mahnılarla yükləyək. Bu mahnıları məclislərdə oxuyuram, gənclər də mənimlə birlikdə ifa edirlər. Onda deyirəm ki, bu mahnılar hələ ölməyib, yaşayır. Toyuqlu pizza

Bugünkü mahnılar 10 ildən sonra heç kimin yadında qalmayacaq. Nəinki 10 il, heç 1 ildən sonra. İnsanlar yenə qayıdır peşəkarların mahnılarına. Bu gün gənclərin oxuduğu mahnılara qulaq asıram, anlamıram. Bu gün müğənnilər var, amma ifaları yadda qalmayacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!