Nadir Qafarzadədən ağır sözlər: “Anasını, arvadını, bacısını otelə aparıb...“ -   Video

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadədən ağır sözlər: “Anasını, arvadını, bacısını otelə aparıb...“ - Video

Şou

28 Aprel 2021 11:04 24305


Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında insanları təhqir edib.

Yenisabah.az xatırladır ki, dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun ölümü bütün sənət adamlarını kədərə boğub və Nadir də bununla bağlı ötən gün sosial media hesabından paylaşım edib. 

Lakin onun sözləri birmənalı qarşılanmayıb. Bəziləri onun "Sıra məndə, çox yorulmuşam. Cənnətdə görüşərik. Cənnətlik ol, rahat yat” - deyə yazmasını tənqid edib. pizza hut

Bundan sonra qəzəblənən Qafarzadə paylaşım edərək onu hədəfə alanları təhqir etməyə başlayıb:

“Bəziləri mənim dünən yazdığımı paylaşıblar. Başa düşmürəm mənim cənnətlik söhbətim niyə belə qloballaşdı? Allah sizə heç rəhmət eləməsin, heç sizə cənnət qismət olmasın. Sözüm bəzilərinədir, ay bədbəxtlər, ay düşüncəsiz, köksüzlər, ata-anasından bixəbərlər, arvadını, bacısını, anasını kafe, restoran, otellərə aparıb pul gözləyənlər, əxlaqdan xəbəri olmayanlar, fahişələr, bizə düşmən lazım deyil! Deyirlər, el üçün ağlayan gözündən olar. Doğrudan da dəyməzmiş! Arada papağınızı qarşınıza qoyun, görün nəçisiniz. Ay boşluqlar, “otxod”lar, “çuşkalar”, qıjılar! Bəli, bu adlar sizə aiddir!”

Bəzi izləyiciləri bu sözləri müğənniyə yaraşdırmayaraq görüntüləri silməsini istəyiblər.

Həmin görüntüləri təqdim edirik:

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!