“Nadir Qafarzadənin fikirləri düzgün deyil” - Gülüstan Əliyeva həmkarını qınadı

saytların hazırlanması

Evə çatdırılma

“Nadir Qafarzadənin fikirləri düzgün deyil” - Gülüstan Əliyeva həmkarını qınadı

Şou

11 Sentyabr 2020 15:26 1832


Son günlər efirdə və mətbuatda şou-biznes nümayəndələrinin sözləri qalmaqal yaradır, onların “söz-söhbətləri” bitib-tükənmək bilmir. 

Belə bir ifadə var ki, söz ağızdan çıxdı, artıq sənin deyil. Amma çox təəssüflər olsun ki, şou-biznesdə əksər müğənnilər müsahibə verir, sonra isə öz fikirlərinin üstündə durmurlar. Nəticədə vəziyyətdən çıxış yolu kimi “jurnalist özündən yazıb” sözünü işlədirlər. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva sənət adamlarının səsləndirdikləri fikirlərə diqqət etməli olduğunu deyib: pizza hut

“Bilirsiniz, mən düşünürəm ki, bəzi müğənnilərin yanlış anlaşılacaq çıxışları bu günkü vəziyyətlə - pandemiya ilə əlaqədardır. İnsanlar bir az aqressivdirlər, fikirlərini ifadə edə bilmədikləri üçün, imkan düşən kimi belə sərt səsləndirirlər.

Ümumiyyətlə mən həmkarlarıma demək istəyirəm ki, danışanda, açıqlama yaxud müsahibə verən zaman sözlərinə bir az fikir versinlər. Çünki bizlər göz qabağında olan insanlarıq. Başqalarından fərqli olaraq bizim dediklərimiz daha tez yerinə çatır, tez reaksiya verilir, yayılır. Ona görə də sənət adamları olaraq xüsusi diqqət yetirməliyik”. 

Xanım sənətçi bir neçə gün əvvəl həmkarı Nadir Qafarzadənin qalmaqala səbəb olan "Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır?” ifadələrinə də münasibət bildirib: 

“Hazırda pandemiyadır, əsəblər gərgindir, amma hər halda Nadir Qafarzadənin fikirləri düzgün deyil. “Necə yəni nəyimə lazımdır?” Metro hamımıza lazımdır, gərəklidir, dəyərlidir. Bu gün bizlər metro ilə gedib-gəlmiriksə bu o demək deyil ki, metro lazımsızdır. Metro xalqımıza, hamımıza lazımdır. Metro ictimai nəqliyyat kimi çox önəmli yer tutur. Bu gün əhalinin daşınmasında metro çox mühüm yerə malikdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!