“Narkomanların videosu” ilə bağlı açıqlama: “Dövlət qurumlarından zəng etdilər ki...”

saytların hazırlanması

Evə çatdırılma

“Narkomanların videosu” ilə bağlı açıqlama: “Dövlət qurumlarından zəng etdilər ki...”

Sosial

08 Sentyabr 2022 17:37 8157


Bir neçə gün öncə Bakının mərkəzindəki parklardan birində narkotikin təsirindən özlərini idarə edə bilməyən kişi və qadının görüntüləri gündəm oldu.

Görüntülərin qısa zaman ərzində yayılması ilə insanların gözü qarşısında narkomanların bu cür xoşagəlməz hərəkətləri "polis hara baxır" sualını aktuallaşdırdı. Bəzi sosial şəbəkə istifadəçiləri  isə görüntülərin "TikTok" üçün çəkildiyini, görüntülərdəki şəxsin tanınmış “Tiktoker” Arif Cəsur olduğunu iddia etdilər.

Mövzu ilə bağlı Yenisabah.az.a danışan Arif Cəsur sözügedən görüntülərin ona aid olmadığını bildirib: pizza mizza

“Həmin görüntülərdəki oğlan mən deyiləm. Həmin şəxslər heç mənim komandamın üzvü deyil. Bəziləri bunun eksperimental çəkiliş olduğunu desə də, bu mənim proyektim deyil. Əgər mən narkomaniyaya aid sosial eksperiment etsəydim, bu tərzdə, insanları qıcıqlandıracaq, onları ələ salmaq tərzində olan videoçarx çəkməzdim. Bu günə qədər yüzlərlə pranklarım, sosial çarxlarım olub, heç biri belə mənfi müzakirələrə səbəb olmayıb. Bu absurd və mənə aid olmayan bir şey idi. Çox yerdən mənə zənglər gəldi, hətta dövlət qurumlarından da zəng etdilər ki, “Bu nə deməkdir?” Bildirdim ki, bu görüntülər mənə aid deyil. Araşdırmalar da gedir”.

Sosial şəbəkə fenomeni bu tip videoçarxlar çəkmək üçün Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib:

“Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə məktub yazıb, icazə ilə çəkilişlərimi etmişəm. Yəqin ki, bu görüntülər icazəsiz çəkildiyi üçün indi haqqında araşdırma aparılır, o görüntülərin mənimlə heç bir əlaqəsi yoxdur. Yəqin ki, tezliklə həmin insanların kim olduğu ortaya çıxacaq”.

Arif Cəsur “TikTok”da paylaşılacaq maarifləndirici videoçarxların inasanlara təsir edəcəyinə inanmadığını qeyd edib:

“İnanmıram ki, indiki zamanda maarifləndirici videolar mində bir adama təsir etsin. Bunlar sadəcə şoudur. Hamı özünü göstərir, “hype” tutmağa çalışır, hamısı mənasız şeylərdir. Kiməsə balaca bir çolpa da verəndə çəkib paylaşaraq verirlər, internetdə məşhurlaşmaq üçün özlərini göstərirlər. Biz də çox xeyirxahlıqlar etmişik, yığılan pulları ehtiyacı olanlara vermişik, amma bunu heç vaxt çəkib göstərməmişik. Kiməsə 1 kiloqram ət verəndə də çəkirlər ki, bunu etdim, guya onlar yaxşılıq edirlər, yaxşılıq etməyə təşviq edirlər”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!