Naməlum şəxslər erməni hərbçini döydü: Maşını əlindən alındı  

saytların hazırlanması

Evə çatdırılma

Naməlum şəxslər erməni hərbçini döydü: Maşını əlindən alındı  

Rəsmi

08 İyul 2021 12:28 1199


Axşam saatlarında Ermənistan ordusunun hərbi hissəsinə məxsus Niva markalı 37aa07 dövlət nömrə nişanlı maşının qarşısı naməlum şəxslər tərəfindən kəsilib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Bildirilib ki, Pajero markalı maşınla hərbi avtomobilin qarşısını kəsən iki naməlum şəxs qısa mübahisədən sonra müqavimət göstərməyə çalışan Nivanın sürücüsü Armen Yegyanı döyərək maşını onun əlindən alıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A.Yegyan mülki şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Cinayətin törədilməsinə səbəb isə maşını sürücünün əlindən zorla alan şəxslərə hərbi hissə komandirinin külli miqdarda pul borclu olmasıdır.

Fakt ictimailəşdirilməsə də hüquq-mühafizə orqanları və hərbi polis tərəfindən araşadırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!