Yasamal rayonunda yerləşən "Melissa Park" yaşayış kompleksinə gedən dar yolda təhlükəsizlik qaydalarının pozulması sakinlərin ciddi etirazına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, “Facebook”dakı "Hüquqşünaslar" qrupunda anonim sakin müraciətində bir neçə aydır yolun sağ tərəfində aparılan naməlum tikinti və qazıntı işləri həm sürücülər, həm də piyadalar üçün təhlükə yaratdığını bildirib:
"Normal günlərdə piyadalar səki ilə, maşınlar isə ehtiyatla hərəkət edirdi. İndi isə kimin tikildiyi bilinməyən tikilidə heç bir təhlükəsizlik qaydasına əməl olunmur. Səkinin üstünə qazıntı torpağı tökülüb, yuxarıdan isə tez-tez yola daş və zibil düşür. Piyada gedərkən başımıza daş düşər qorxusuyla hərəkət edirik, maşınlar da keçməkdə çətinlik çəkir". pizza hut
Sakinlər aidiyyəti qurumlardan ərazidəki aparılan işlərin nəzarətə götürülməsini və təhlükəsizlik tədbirlərinin təcili təmin edilməsini tələb edirlər.
Nazim Hacıyev
Telegram kanalımız