Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi 

saytların hazırlanması

Evə çatdırılma

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi 

Dünya

15 Fevral 2023 07:26 661


Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində paylaşım edib.

Zəlzələdən sonra Türkiyəyə xilasetmə qruplarını sövq edən Pakistan yük maşınları və təyyarələr vasitəsilə də humanitar yardımlar göndərməyə davam edir. Dördpendirli pizza

Son olaraq isə adı açıqlanmayan bir pakistanlı Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək zəlzələ qurbanları üçün 30 milyon dollar bağışlayıb, sonra isə səssizcə səfirliyi tərk edərək yoxa çıxıb.

Baş nazir bu davranışın onun qəlbinə toxunduğunu bildirib. “Adı açıqlanmayan bir pakistanlı Türkiyənin ABŞ-dakı səfirliyinə gələrək Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 30 milyon dollar bağışlayıb. Bu məni çox təsirləndirdi. Bu, bəşəriyyətin aşılmaz kimi görünən çətinliklərini dəf etməyə imkan verən şərəfli xeyriyyəçilik nümunəsidir”, - deyə o qeyd edib.

Mənbə: Haber Global


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!