Tanınmış meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun adından istifadə edərək pul yığmaq istəyiblər.
Yenisabah.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında açıqlama verib.
Belə ki, ifaçıya qarşı dələduzluq edilib. Bəzi restoranlar Qaraçuxurlunun 8 Mart günü orada çıxış edəcəyi haqda anons yayıblar. Marqarita pizza
Bu barədə danışan Namiq heç bir konsertdə çıxış etməyəcəyini deyib:
"8 Mart münasibətilə bir çox restoranlarda konsertlər təşkil olunur. Bəzilərində mənim adım hallanır. Heç bir konsertdə çıxış etməyəcəm. Məlum səbəblərdən fəaliyyətimi dondurmuşam. Nə vaxt çıxış edəcəmsə, özüm açıqlayacam. Mənim üçün narahat olanlara sonsuz təşəkkürümü bildirirəm. Məncə, yaxın zamanda görüşəcəyik. Amma o zaman, bu zaman deyil".
Xatırladaq ki, bir müddət əvvəl sənəti barədə danışan N.Qaraçuxurlu bir müddət şəhidlərimizə görə yeni mahnı oxumayacağını, fəaliyyətini müvəqqəti dondurduğunu demişdi.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız