Ermənistan Prokurorluğu müxalif "Güclü Ermənistan" blokunun Siyasi Şurasının üzvü Narek Karapetyan barəsində cinayət işi başladıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Narek Karapetyana Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. Bunlar qanuni və ya qanunsuz toplantıda iştiraka zor tətbiqi və ya zor tətbiqi hədəsi ilə məcbur etmə, eləcə də cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələridir. Pepperoni pizza
Bu ittihamlar üzrə Karapetyanı cərimədən 5 ilədək azadlıqdan məhrumetmə cəzası, digər maddə üzrə isə 6 ildən 12 ilədək həbs cəzası gözləyə bilər.
Xatırladaq ki, iyulun 22-də Ermənistan Mərkəzi Seçki Komissiyası Narek Karapetyan barəsində cinayət işinin başlanmasına razılıq verilməsi üçün Baş Prokurorluğun müraciətini təmin edib./Oxu.az
Telegram kanalımız