Narkotikə görə dispanser nəzarətində olanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Narkotikə görə dispanser nəzarətində olanların sayı açıqlandı

Sosial

16 Aprel 2024 11:42 216


2023-cü il dekabrın 31-də Azərbaycan üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil edib.

Yenisabah.az AzərTAc-a istinadla xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda, bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir. Onlardan 802 nəfəri qadındır. 2023-cü ildə müvafiq diaqnozla dispanser nəzarətinə 3 796 nəfər götürülüb, 2 153 nəfər isə nəzarətdən çıxarılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!