Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan avtobus parkında 222 nəfər işlə təmin edildi

Sosial

12 Avqust 2026 15:26 42


Naxçıvan şəhərində yeni istifadəyə verilən avtobus parkında 222 nəfər işlə təmin olunub.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva deyib.

Onun sözlərinə görə, inşasına ötən ilin dekabrında başlanılan avtobus parkı 2,72 hektar ərazini əhatə edir. Parkda inzibati bina, təmir və yuma mərkəzləri yaradılıb. Burada 112 avtobusun, o cümlədən elektrik avtobuslarının fəaliyyəti üçün zəruri şərait yaradılıb: pizza mizza

"Naxçıvan şəhərində sərnişinlərin istifadəsinə Azərbaycanda istehsal olunan 60 ədəd BYD markalı elektrik avtobusu təqdim edilib. 53 sərnişin tutumuna malik avtobusların fasiləsiz fəaliyyətini təmin etmək üçün 16 şarj stansiyası quraşdırılıb. Tam şarjla avtobuslar təxminən 200 kilometr məsafə qət edə biləcək. İlk mərhələdə 9 marşrut xətti üzrə avtobusların fəaliyyətə başlaması nəzərdə tutulur. Marşrut və dayanacaqların optimallaşdırılması istiqamətində də işlər görülüb".

"BakuBus" rəsmisi avtobus parkının istifadəyə verilməsi ilə orada 222 nəfərin işlə təmin olunduğunu qeyd edib.

Ə.Əliyeva bildirib ki, Naxçıvan şəhərində bütün avtobuslarda ödənişlər tamamilə nağdsız həyata keçiriləcək: "Sərnişinlər CityCard və BakıKart, həmçinin Google Pay, Apple Pay, BakıKart mobil tətbiqinin QR kodu və istənilən bank kartından istifadə edə biləcəklər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!