Naxçıvanda ağlasığmaz qadağa: Nazir müavinindən heyrətamiz addım

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ağlasığmaz qadağa: Nazir müavinindən heyrətamiz addım

Sosial

22 Yanvar 2024 17:39 19621


Naxçıvanın bəzi məktəblərində müəllimlərin intidai sinf şagirdlərinə hazırlıq keçməsi qadağan olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a bir qrup müəllim və valideyn məlumat verib. Onlar deyib ki, bu addımın atılmasına səbəb, uşaqları yeni açılmış bahalı hazırlıq kurslarına getməyə məcbur etməkdir. 

Bundan əlavə, həmin kurslar şəhər və rayon mərkəzlərində olduğundan, kənd məktəblərində oxuyan azyaşlı uşaqların hazırlıq almaq imkanları demək olar ki, əllərindən alınır. Yeni açılan kursların yerli təhsil nazirliyində müavin olan Elxan Nəcəfovun nəzarətində olduğu bildirilir.  Toyuqlu pizza

Şərur rayonundakı məktəblərin birində müəllim işləyən N.B. deyib ki, yeni qayda onların əlavə cüzi gəlirlərini də əllərindən alıb, valideynləri çıxılmaz hala salıb:

“Yeni təqvim ili başlayan kimi nazirlik qəribə qərarlar verməyə başlayıb. Bunlardan biri də müəllimlərin dərsdən sonra öz şagirdlərinə hazırlıq keçməsinin qadağan olunmasıdır. Biz valideynlərdən cüzi məbləğ alırdıq, imkansız ailələrdən çox zaman pul tələb etmirdik. Bu həm valideynə, həm də bizə xeyirli idi. İndi valideynlər məcbur olub, yeni açılan kurslara 2-3 qat artıq ödəməlidir. Bundan əlavə, kəndlərdəki kasıb ailələrin uşaqlarını kilometrlərlə uzaqda yerləşən kurslara aparmaq imkanları yoxdur”.

Valideynlərdən Səlim Qurbanov da həm yeni kursların bahalığından, həm də uzaqda yerləşməsindən şikayət edib: 

“İndi biz məcbur qalıb uşaqlarımızı özəl hazırlıq kurslarına göndərməliyik. Mən şəhərdən on kilometr məsafədə kənddə yaşayıram. İki məktəbli övladım var, məktəbdə öz müəllimləri hazırlaşdırırdı, xərcim də az çıxırdı. Pulum olmayanda, heç istəmirdilər də. Buna görə nigarançılığım da yox idi. Özəl kurslar əsasən şəhərdə və rayon mərkəzlərində yerləşir. İki uşağı özəl kursa göndərib hər fənnin öyrədilməsinə 50-100 manat verməliyəm, bundan əlavə taksi tutub, aylıq pul ödəməliyəm. Mənim isə o qədər gəlirim yoxdur. Qız uşaqları olduğu üçün nigarançılığımız da artır. Bir az böyük olsaydılar, problem olmazdı. Bu qərar uşaqların yaxşı təhsil alması üçün yox, kimlərinsə şəxsi marağının təmin olunması üçün verilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Valeh
    Düz edib bizdede etsinlerde her yerde mekteb 8:30başlayır xaldan qesebesinde yuxarı bucak kendinde 8:00da hazılıkdaki heçde butun uşak hazırlıklara celb edilir ve müellimler pul qazanır xaldan kopleks orta mektebinde her bayram uşaklara mecbur paltar tikdirlir ve bir defe geynilir hamı zorla dolanır yenede el çekmirler körpe uşak gece gelirler hazlıkdan
    2 years ago
  • Ziya Quliyev
    Düz söhbətdi. 2 gündü 8 nömrəli məktəbdədə vəzyət budu. Deyillərki yuxarıdan qoymullar
    2 years ago
  • Li chu Yong sin Vang
    Birini tənqid edən kimi qohum əqrəbaları tökülür bu sosial şəbəkələrə ki, bəs filankəs layiqli kadrdır, savadlı, alicənabdır, filən fəşməkən... Bəsdirin, alicənabdırsa cibini doldurmağı düşünməsin, xalqı düşünsün
    2 years ago
  • Qahraman
    Allah Vasıb Talıbovun atasına rəhmət eləsin
    2 years ago
  • ƏsmərAxundova
    Elxan Nəcəfov Azərbaycan təhsili üçün layiqli kadrdir.Savadı,alicənablığı,səmimiyyəti və peşəkarlığı ilə çox fərqlənir
    2 years ago