Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO

Kriminal

30 Sentyabr 2026 21:03 87


Naxçıvan-Sədərək magistralının Naxçıvan Muxtar Respublikasının Böyükdüz kəndi ərazisindən keçən hissəsində avtomobil aşıb, beş nəfər xəsarət alıb.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun sözügedən ərazisində qeydə alınıb.

Belə ki, 75-BX-715 dövlət qeydiyyat nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb. pizza

Qəza nəticəsində 2010-cu il təvəllüdlü Hüseyn Vilayət oğlu Ələsgərli, 1998-ci il təvəllüdlü Xəyal İbrahim oğlu Rəsulov, 2009-cu il təvəllüdlü Nihad Kamal oğlu Əliyev, 2002-ci il təvəllüdlü Vaqif Eldəniz oğlu Xəlilzadə və 2007-ci il təvəllüdlü Qəzənfər Rasim oğlu Tahirov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!