“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”

saytların hazırlanması

Evə çatdırılma

“Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini zavod kərpicindən təkrar tikiblər”

Sosial

18 Yanvar 2022 07:34 1652


“Bəzən bizim bərpaçılar dağılmış abidələri ehtiyac olmadan yenidən tikirlər, nə kərpic o kərpic olur, nə daş o daş”.

“Yeni Sabah” xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib. O, bildirib ki, əgər hər dağılan abidəni tikmək lazım olsaydı, Kolizeyi də, Parfenonu da yenidən tikərdilər:

“Bərpa o binada aparılar ki, orada sınıqlar azdır. Yarıuçuq binanı bərpa etmək olmaz. Bu prinsip mütləq nəzərə alınmalıdır. pizza mizza

Naxçıvanda bərpa adı ilə Nuhun məqbərəsini (Nuh Peyğəmbər türbəsi – A.S.) təkrar tikiblər, özü də zavod kərpicindən. 

Memarlar İttifaqının binasını təmir edəndə mən qapının cəftələrini də çıxarmağa qoymadım. Hər şey insanlardan asılıdır. Biz çox vaxt xoşumuza gəlməyən məsələni dövlətin, məmurların üstünə yıxırıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!