Naxçıvanda dağ keçisi ovlayanlar saxlanıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda dağ keçisi ovlayanlar saxlanıldı - FOTO

Sosial

24 Fevral 2023 17:54 1004


Naxçıvan Muxtar Respublikasında qanunsuz ov edənlər saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb. 

V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb.  Marqarita pizza

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!