Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılır

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanılır

Sosial

29 İyun 2026 11:32 83


Naxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm addım atılır.

"Yeni Sabah" xəbər verir ki, bu çərçivədə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC tərəfindən ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlanılıb.

Yeni sistem gediş haqlarının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək. Marqarita pizza

İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!