Naxçıvanda motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Qəza nəticəsində Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Marqarita pizza
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız