Naxçıvanda nazirin bacısı oğlu keçmiş icra başçısının əmlakını əlindən alıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nazirin bacısı oğlu keçmiş icra başçısının əmlakını əlindən alıb

Hadisə

18 Dekabr 2022 10:00 6941


Naxçıvanda baş verən olaylarla bağlı yeni faktların üzə çıxması davam edir.

“Yeni Sabah”a danışan məlumatlı Naxçıvan sakinlərindən biri Şahbuz rayonunun keçmiş polis rəisi Elnur İsmayılov haqda maraqlı faktlar açıqlayıb.

O, keçmiş rəisin Şahbuz sakinlərinə qarşı qeyri-qanuni əməllərindən danışıb. İddia edir ki, E. İsmayılov rəis işlədiyi zaman Kolanı kənd sakinlərindən külli miqdarda pul alıb. Müxtəlif vasitələrlə kənddə mağaza işlədən Vəsaibdən 5 min, sürücü Yaməndən 4 min, Əlfəddindən 2 min, Ziyadan bir min, Elgündən 2 min manat aldığını bildirir. pizza hut

“Onlar rəisin tələbi ilə mal-heyvanlarını sataraq pulunu Elnur İsmayılova verdilər. Həmin pullarla rəis Ağbulaq kəndində özünə villa tikdirib. Rəis həmin villanın tikintisində poli əməkdaşlarını fəhlə əvəzinə işlədirdi. 

Elnur İsmayılov Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərovun bacısı oğlu idi və bundan istifadə edirdi”.

Mənbə deyir ki, E. İsmayılov rəis olduğu zaman Şahbuz rayonunun keçmiş içra başçısı Nurəddin Quliyevin də tövləsini əlindən alıb. O, bu hadisələrin 2020-2021-ci illər ərzində baş verdiyini və bu işlərin əksərini Zahir və Elməddin adlı müavinlərinin vasitəsi ilə həyata keçirdiyini bildirir. 

Qeyd edək ki, açıq mənbələrdə Elnur İsmayılov haqqında kifayət qədər qalmaqallı və neqativ xəbərlər mövcuddur. Onun yol hərəkəti qaydalarını pozan və 50-60 manatlıq cəriməsi olan bu pozuntulara görə sürücülərdən 1000 manat tələb etməsi haqda məlumatlara rast gəlmək mümkündür. 

Səslənən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xoşqədəm
    fazilin bacı oğlusu Şahbuza polis rəisi gələr gəlməz şahbuzda od püskürdü kim gəlib nazir bacı oğlusu Şahbuza polis rəisi gəlib buna heç kim heçnə edə bilməz çünki bu nazir bacı oğlusuydu polis rəisi gələr gəlməz millətə divan tutdu ancaq işi pul yığmaq oldu dövlət tərəfindən atama verilən naz lifan markali avtomobillə qəza elədim mənnən 5 min manat pul aldı səbəbini soruşduqda qoyduraram içəri o qədər döyərəm ağzına horra tökərlər dedi nəyə görə çünki nazir bacı oğlusuydu verməzdin şiddətə məruz qalardın döyülərdin gəldiyi 1ay olmadı özünə infiniti markalı avtomobil villa hətda böyük ferma nə ilə millətdən yığılan pullarla 50 il işləyib özünə bir otaqlı ev ala bilmirsən bunlar bugün gəlib sabah özlərinə villa tikdirir soruşan yoxdu sən bu pulu hardan alırsan soruşmazlar çünki o nazir bacı oğlusudu
    3 years ago