Naxçıvanda pensiyalar artımla birlikdə ödənildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda pensiyalar artımla birlikdə ödənildi

Sosial

08 Yanvar 2022 13:04 1376


Muxtar respublika üzrə cari ilin ilk ayında pensiyaların artımla birlikdə pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Belə ki, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə eyni zamanda, istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər. Dördpendirli pizza

Qeyd edək ki, ötən il ölkəmizdə  pensiyaların minimum məbləği 200 manat idisə, yanvar ayının 1-dən bu göstərici 20 faiz artaraq 240 manat təşkil edir. 2021-ci ildə muxtar respublikada pensiya və müavinətlərin ödənişinə yönəldilən vəsaitin 60,1 faizi məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar hesabına təmin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!