Naxçıvanda Vergi Xidmətinin 7 idarəsi ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda Vergi Xidmətinin 7 idarəsi ləğv edildi

Sosial

01 May 2023 18:02 814


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq fərmanı ilə MR Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

İdarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin 7 rayon vergilər idarə və şöbələri ləğv edilməklə, onların bazasında 3 Ərazi vergilər idarəsi yaradılıb, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunub. pizza hut

Vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar operativ qaydada zəruri informasiya ilə təmin edilməsi, vergilərin ödənilməsi sahəsində könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin işçi sayı 18 ştat vahidi artırılıb ki, onların da 17-si vergi ödəyicilərinə xidmət strukturları üçün nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!