Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə oldular - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə oldular - Fotolar

Sosial

28 Mart 2024 23:59 399


Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.

Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar. pizza mizza

Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.

Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər.

Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!