"40 yaşında kişiyə zorla 17 yaşlı qızı ərə veriblər. O da toylardan birində başqa kişiyə qoşulub qaçıb. Hələ, deyilənə görə, qaçarkən evdən 5 minlik qızıl da aparıb. Haqqı çatır, əlinin içindən gəlib. Oğrudan oğruya halaldır".
Yenisabah.az xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib.
O, sosial media hesabında yazıb: "Adamın abırı olar ee. Sən bunun gəncliyini oğurlamısan ee. 17 yaşlı qızın... Ən gözəl yaşında sən - 40 yaşlı kişi onun gəncliyini oğurlamısan. Yeri gəlsə, uşağın yaşdadır. Niyə uşaq-muşaqla oynayırsan, ay "tupoy"? pizza hut
35 yaşlarında o qədər qızlar var ki, savadlı, ziyalı, amma ailə qura bilməyiblər. Get, onlarla evlən də. "Qarımış" demək istədim, amma ehtiyat elədim. Onsuz da 35 yaş qarımış hesab edilir də. Bağışlayın..."
Telegram kanalımız