Nazilə Səfərli fanatlarından şikayətləndi: “Məndən pul istəyirlər” 

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli fanatlarından şikayətləndi: “Məndən pul istəyirlər” 

Şou

19 Mart 2024 13:18 685


Şairə və qiraətçi Nazilə Səfərli fanatlarından şikayətlənib.

Yenisabah.az bizim.media-ya xəbər verir ki, bu barədə o, “İncə səhər” verilişində danışıb.

Nazilə bildirib ki, pərəstişkarları ondan pul istəyir: Dördpendirli pizza

“Bu bəxtəvərlərin (proqramda yanında əyləşən Şəbnəm Tovuzluya müraciətlə) fanatları bir işə yarayır. Mənə isə sosial şəbəkədə yazırlar: “Nazilə xanım, sənin fanatınam”. Deyirəm ki, “nə gözəl... Bəlkə haqqımda bir şeir deyəsən”... Cavab verir ki: “Nazilə xanım, xəstədir, bizə pul lazımdır”. Bunu oxuyandan sonra özümə deyirəm ki, “Kül mənim “fanatlı” başıma”! 

Şəbnəmin fanatları gedib ona konsert təşkil edirlər. Mənim fanatım isə məndən pul istəyir. Fanatlarım pulgirdirlər. Məni təbliğ etməklə məşğul deyillər. Mən fanatlarımdan buna görə şikayətçiyəm. Etiraz edirəm və narazıyam bu vəziyyətdən”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!