Nazilə Səfərli tiktoker “Arzum”un tutulması ilə bağlı qarşı tərəfi sərt tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, şairə bu barədə sosial media hesabında açdığı canlı yayım zamanı danışıb.
O, qarşı tərəfin şikayətçi olmaqda davam etməsini qınayıb: pizza
“O gözəgörünməz çox yaxında özünü sizə göstərəcək. Həmin gün uzaqda deyil. Onda səsinizi də çıxara bilməyəcəksiniz. İnsanlar deyəcək ki, "Arzum"un ahı sizi tutdu. O qızın günahı yox idi. Şikayətinizdən əl çəkmədiniz. Qarşı tərəfdən biri dünyasını dəyişdiyi üçün o qız tutuldu. Heç bir qanun pozuntusu da yox idi. Amma onu bağışlaya bilərdiniz. Bağışlamaq üçün ürək lazımdır. Amma sizdə o ürək yoxdur. İnad etdiniz ki, bir can gedibsə, bir can da həbsdə yatmalıdır. O göydəkini tezliklə görəcəksiniz”.
Aydan Hacı
Telegram kanalımız