Nazir deyir, “mifdir”, əleyhdarlar: “Rusdilli təhsil yüksək səviyyədədir”

saytların hazırlanması

Evə çatdırılma

Nazir deyir, “mifdir”, əleyhdarlar: “Rusdilli təhsil yüksək səviyyədədir”

Sosial

01 İyul 2026 13:31 195


“Rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər həqiqəti əks etdirmir, bu, sadəcə mifdir”.

Elm və təhsil naziri Emin Əmrullayev bu fikri ilə yenidən Azərbaycanda rusdilli məktəblərin qalıb-qalmamasına dair mübahisəni coşdurub.

“Qalsın” mövqeyi ilə tanınan kinoşünas Ayaz Salayev “Yeni Sabah”a bildirib ki, “mif olsa da”, çox adam övladını rus sektorunda oxutmaq istəyir: Pepperoni pizza

“Bu fikri təhsil naziri deyib, hər halda o, məndən yaxşı bilər. Eşitdiyimə görə, rus sektorlarında növbə var. Çox adam orada oxumaq istəyir. Gözləyək görək axırı necə olar.

Əslində, mən təhsil sektorundan uzaq adamam, ona görə reallığı tam bilmirəm. Lakin istəyin çox olduğu danılmazdır. Şəhərin mərkəzində olan 23 nömrəli və 160 nömrəli məktəblərdə rusdilli təhsil yüksək səviyyədədir. Oranın şagirdləri də, müəllimləri də çox yaxşıdır. Nazirin dediyi “mif olsa da”, çox adam övladını rus sektorunda oxutmaq istəyir. Hər bir halda yenə də öz fikrimdə qalıram ki, rus sektorlarının bağlanmasının qəti olaraq əlehinəyəm”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli isə bildirib ki, rus dilində ədəbiyyat seçimi çox zəngin və genişdir:

“Ola bilər ki, Azərbaycan və rus bölmələrində dərs metodikası eynidir. Müəllimlərin də çoxu eyni təhsil ocağını bitirirlər. Lakin düşüncələrimə görə rus dilində ədəbiyyat seçimi çox zəngin və genişdir, nəinki Azərbaycan dilində. Bu bir faktdır. İstənilən kitab mağazalarında bunu görə bilərsiniz. Ona görə də rus dili müəllimlərinin mütaliə etmək və dünyagörüşlərini artırmaq üçün imkanları daha genişdir”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!