Nazir: Dövlət büdcəsinin gəlirin proqnozunda neftin qiyməti böyük təsir göstərir

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Dövlət büdcəsinin gəlirin proqnozunda neftin qiyməti böyük təsir göstərir

İqtisadiyyat

27 May 2025 16:06 506


Büdcənin proqnozlaşdırılması zamanı konservativ yanaşma ilə neftin qiyməti müəyyən edilir. Və il ərzində icra zamanı neftin qiyməti daha yüksək olursa bu icmal və dövlət büdcəsinin gəlirlərinə təsir göstərir.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

O bildirib ki, ikinci seqment bizim qeyri-neft gəlilərimizin proqnozlaşdırılması ilə bağlıdır:

“Bu ümumi ÜDM məbləğindən həddindən artıq asılıdır. Çünki qeyri-neft vergi gəlirləri proqnozu ÜDM-n nominal və real artım tempi üzərindən hesablanır. Biz bu müxtəliflikləri illər boyu görərək formulamızı təkmilləşdirmişik. 

2025-ci ilin 4 ayının nəticələri onu göstərir ki, bizim gəlir proqnozumuz 99% üst-üstə düşür. Yeni formulamızın son nəticəsini ilin sonunda biləcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!