Nazir: Kərkicahan qəsəbəsində məktəblərlə bağlı inventarlaşma işləri aparılır

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Kərkicahan qəsəbəsində məktəblərlə bağlı inventarlaşma işləri aparılır

Sosial

26 Fevral 2024 13:53 413


Xankəndinin Kərkicahan qəsəbəsindəki məktəblərlə bağlı müvafiq inventarlaşma işləri aparılır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müxtəlif vəziyyətdə olan məktəblər var: pizza

“O cümlədən Xankəndində də belə binalar var. Hər bir məktəb Azərbaycan təhsil sisteminə uyğunlaşdırılır. Uyğunlaşdırıldıqdan sonra istifadəyə veriləcək. Eyni ilə Xankəndi şəhərindəki məktəblər də. Bilirsiniz ki, orada vaxtilə azərbaycandilli məktəblər də fəaliyyət göstərib. Təbii ki, əhali oraya köçərkən məktəblərdə tədris bərpa olunacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!