Nazir könüllülərlə birgə sahilyanı ərazini zibildən təmizlədi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Nazir könüllülərlə birgə sahilyanı ərazini zibildən təmizlədi - Fotolar

Sosial

18 Sentyabr 2021 22:10 1270


Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 18-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

Yenisabah.az xəbər verir ki, “Sahillər təmiz qalsın” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyaya ekologiya və təbii Sərvətlər naziri Muxtar Babayev, 100 nəfərdən çox könüllü gənc, tərəfdaş təşkilatların nümayəndələri qoşulub.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Toyuqlu pizza

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!