Nazir məktəb direktorunu işdən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir məktəb direktorunu işdən azad etdi

Sosial

18 İyun 2019 13:43 1860


Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva  Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, məktəb direktorunun işdən azad olunmasına vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyi səbəb olub.

Belə ki, direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrində müəllimlərin məcburi şəkildə iştirak etmələri təmin olunub. Sezar pizza

Bununla yanaşı məktəbdən dəfələrlə şəhər hüquq mühafizə orqanlarına, o cümlədən şəhər təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva  Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!