“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı“

saytların hazırlanması

Evə çatdırılma

“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı“

Sosial

17 Fevral 2022 15:38 2002


“Nazir mənə töhmət versəydi, bundan xəbərim olardı. TIR sürücülərinin bugünki etiraz aksiyasında adı hallanan əməkdaşımız isə 7-8 gündür ki, məzuniyyətdədir”.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev töhmət alması, qurumun şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.

"Həmin şöbə müdiri ötən ayın əvvəlində əməliyyat keçirmişdi. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etdik ki, işə çıxdın. Gərginlik azalandan sonra o məzuniyyətini davam etdirir”, - deyə DANX-nin rəisi qeyd edib. pizza hut

Xatırladaq ki, bu gün səhər saatlarında 4 TIR sürücüsü DANX-yə etiraz olaraq Bakının Heydər Əliyev prospektini bağlayıb. Onlar səbəb kimi icazə vərəqələrinin verilməməsini göstərib, A.Rzayev və M.Əliyevi ittiham ediblər. Mətbuatda A.Rzayevə töhmət verilməsi, M.Əliyevin vəzifəsindən azad edilməsi barədə xəbər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!