“Bu gün ictimai nəqliyyatda 2000 avtobus var, onların da yarısı tələblərə cavab vermir, köhnədir”.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu il 100 elektrikli avtobus ölkəyə gətiriləcək: Marqarita pizza
“Növbəti illərdən bu sayın artmasını proqnozlaşdırırıq. Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, amma görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin o həddə qədər artırılmasına biz də qarşıyıq. Dünya ölkələrində ictimai nəqliyyatda dövlət dəstəyi var. Bizdə də buna gediləcək”.
Telegram kanalımız