Nazir müavini sertifikasiyadan kəsilən müəllimlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini sertifikasiyadan kəsilən müəllimlərdən danışdı

Sosial

04 Sentyabr 2023 17:05 694


İlk növbədə bu gündən etibarən sertifikasiya qaydalarına əmək müqaviləsinə xitam verilməsinə başlanılıb. 

Yenisabah.az xəbər verir ki, bunu sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib. 

"Bu, bizim üçün ağır xəbərdir. Təhsilin davamlılığı üçün bütün addımlar atılacaq. Həm məktəblərin daxili imkanları hesabına, həm də imtahandan yüksək bal yığanlar hesabına müəllimlər dərs deyəcək. Ardıcıl olaraq bir neçə mərhələdə müəllimlər yerləşdiriləcək. Bu həssas məsələdir. Bu, həm müəllimlərin nüfuzu və cəmiyyətdə yeri ilə bağlıdır. Qısa müddətdə yerli təhsil dairələrində kəsilən müəllimlərlə iş aparılacaq", - nazir müavini deyib. Sezar pizza

O qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması imtahanında davamiyyət 97 faiz olub: "Bu sevindirici haldır. Bu müəllimlərimizin özünəinamını göstərir. Prosesin uğurundan xəbər verir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!