Azərbaycan tərəfi "TikTok"la uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri müzakirə edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov və "TikTok" platformasının nümayəndələri arasında aparılıb. Toyuqlu pizza
Tərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində "TikTok"un potensial iştirakı müzakirə olunub. Həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Telegram kanalımız