30 Sentyabr - 00:25
Nazir müavini  Yaylaq Festivalı ilə bağlı narazılıqlardan danışdı

Nazir müavini Yaylaq Festivalı ilə bağlı narazılıqlardan danışdı

Sosial

01 Avqust 2022 12:50 613


Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev İkinci Milli Yaylaq Festivalı ilə bağlı narazılıqlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, tədbirdə 120 min insan iştirak edib.

E.Əliyevin sözlərinə görə, bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır.

Nazir müavini hesab edir ki, tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib: "Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!