Nazir müavinindən Qızlar Universiteti ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Sosial

05 Avqust 2026 00:42 123


Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir.

"Yeni Sabah" "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O, bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını bildirib: Sezar pizza

"Biz gözləməliyik ki, proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyəti davam etdirib-etdirməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.

Nazir müavini qeyd edib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq:

“Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə bu mərhələdə açıqlamaq çox çətindir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!