Nazir müqaviləni imzalamaqdan imtina etdi - Ərdoğanın hüzurunda baş verənlər -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazir müqaviləni imzalamaqdan imtina etdi - Ərdoğanın hüzurunda baş verənlər - VİDEO

Dünya

29 İyul 2026 09:45 7529


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imzalam mərasimində gözlənilməz an baş verib.

"Yeni Sabah" xəbər verir ki, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr bir-birinin ardınca imzalanarkən, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf Yolu” layihəsi ilə bağlı sənədi imzalamayıb.

Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edib. O, Həsəniyə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb. pizza sifarişi

İkili arasında dialoq:

Zeydi: “Niyə "İnkişaf yolu" müqaviləsini imzalamırsınız?”

Nazir: “Sizə "WhatsApp"da yazacam”.

Zeydi: “Gəl və imzala”.

Zeydi (tərcüməçisinə tərəf dönərək): “Prezidentə deyin, mən ona imzalamağı tapşırdım”.

Baş nazirin göstərişindən sonra Həsəni sənədi imzalayıb və mərasim davam edib.

Türkiyə mediasının iddiasına görə, böhranın səbəbinin İraq nəqliyyat naziri Rəzzaq Sədəvinin İrana yaxın olan "Bədr" təşkilatından olmasıdır: "İran Türkiyə və İraq tərəfindən həyata keçirilən "İnkişaf Yolu Layihəsi"nə müqavimət göstərir. Bunun bir səbəbi ticarət yolunun onun geosiyasi mövqeyinə təsir etməsi, digəri isə İraqın siyasi təsirini azaltmasıdır".

"Anadolu" Agentliyi əvvəlcə 3 müqavilənin imzalandığını açıqlayıb. Daha sonra xəbərlərini “iki ölkə arasında 5 müqavilə imzalandı” başlığı ilə xəbəri yeniləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!