Nazir: “Repetitor fəaliyyətinin ləğvi gündəmdə deyil“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Repetitor fəaliyyətinin ləğvi gündəmdə deyil“

Sosial

17 Aprel 2023 15:51 586


"Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz: pizza mizza

"Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər.

Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!