Nazir: Saxta əlillik gəlir yerinə çevrilməməlidir

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Saxta əlillik gəlir yerinə çevrilməməlidir

Sosial

21 Noyabr 2024 15:20 370


“Əlilliyin təyin olunması proseduru məlumdur. Bizim tərəfimizdən hər bir hal araşdırılır".

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, cari ildə 40 mindən artıq vətəndaşa əlillik təyin edilib: "Bunun 50%-i ilkin əlillik, 50%-i təkrar əlillikdir. Haqqı çatan, qanunvericiliyə uyğun olan bütün hallar dəyərləndirilməli, bu insanlara əlillik təyin edilməlidir. Saxta əlillikdən gəlir yeri kimi istifadəyə isə icazə verilməməlidir. Bunun qarşısı alınacaq". pizza

Nazir əlilliiyi kəsilən və 2-3 ildir, əlilliyi bərpa edilməyən insanlarla bağlı məsələyə toxnunub: "Mən inanmıram ki, ölkədə bütün xəstəxanalar adekvat işləmir. Əlillik pensiyası kəsilən şəxslər yenidən yoxlamadan keçməli, xəstəxanaya müraciət etməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!