Nazir səfirliyimizə hücum zamanı ölən mühafizəçinin məzarını ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir səfirliyimizə hücum zamanı ölən mühafizəçinin məzarını ziyarət etdi

Sosial

27 Yanvar 2024 11:28 325


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən il ölkəmizin İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib. 

Yenisabah.az xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarınının önünə gül dəstələri düzüblər. 

Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!