Nazir zəlzələ ilə bağlı dəxilsiz sözlər yazdı, qınandı   - Fotofakt

saytların hazırlanması

Evə çatdırılma

Nazir zəlzələ ilə bağlı dəxilsiz sözlər yazdı, qınandı - Fotofakt

Sosial

04 İyul 2023 09:59 26264


Elm və təhsil naziri Emin Əmrullayev ötən gün Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, nazirin sosial şəbəkə hesabında yazdığı status izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bu mövqeyinə görə bir çoxları onu tənqid edib. 

Nazirin tənqidlərə səbəb olan paylaşımınə təqdim edirik: 

""Neftçi" İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu...

Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm", - sözügedən paylaşımda deyilir.

Sosial şəbəkə iştirakçıları naziri dəxilsiz sözlər yazdığına görə qınayıblar.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!