Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Sosial

19 Noyabr 2024 12:36 39325


Əmək pensiyalarının orta aylıq məbləği növbəti ildə 531 manat və ya cari illə müqayisədə 8 % çox proqnozlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğini isə 569 manat və ya bu ilin sonuna gözlənilən göstəricidən 8 % çox proqnozlaşdırılır: Toyuqlu pizza

“Bu ilin sonuna gözləntimiz odur ki, əmək pensiyalarının orta aylıq məbləği 494 manat, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 527 manat olacaq. Növbəti ildə 8 %-lik artımla pensiyaçılara daha əhatəli dəstək tədbirləri təqdim edilə biləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zaza dayı
    Allah sizin bəlanızı versin, başına dəysin verdiyin pensiya
    1 year ago
  • Nəsif
    Dövlətin pulunu xarclayıb dəyişiklik etməyin. Dəyişikliyə dəymir. Yazıqdır o işçilər. Əziyyət çəkməsinlər. Dəymir.
    1 year ago
  • İlham
    6 aydır bu artımın ən azı ikirəqəmli olacağından danışılırdı.İndi bu 8 faizi xalqa "şad xəbər" kimi sırayana nə ad qoyasan ki, söyüşsüz səslənsin?
    1 year ago
  • Ağa
    Bundan bəd xəbər gozləmək olar xalqin haqqini cox yeyib Allah min bəlani versin Amin
    1 year ago
  • İlham
    Nə qədər "möhtəşəm" bir qərar! Etməyin-eləməyin, balam o qədər pulu biz necə xərcləyə bilərik? Özü də 8 faiz! Heç Amerikada belə artım olmur. Eləmi?
    1 year ago
  • Bəhruz
    Əgər pensiyalar cəmi 8 faiz artacaqsa özünüzə əziyyət verib heç qaldırmayın, çünki bu məbləğ qiymət artımının heç bir faizini də odəməz.camaati aldatmaq nəyə lazim,bu artımları verin deputatlara və nazirlərə onların maaşları azdır.
    1 year ago