Nazirlər Kabineti işsizlərlə bağlı bu qaydaya dəyişiklik etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazirlər Kabineti işsizlərlə bağlı bu qaydaya dəyişiklik etdi

Sosial

17 İyul 2021 19:25 1094


Nazirlər Kabineti “Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.

Dəyişikliklərə uyğun olaraq həmin qanuna əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa ediləcək. pizza hut

İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!