Nazirlər Kabinetində bu vəzifələr sahibini gözləyir -  SİYAHI
29 Dek 2019 16:15
490

Nazirlər Kabinetində bu vəzifələr sahibini gözləyir - SİYAHI

Nazirlər Kabinetinin Aparatının strukturunda səkkiz yüksək vəzifə boşdur.

"Yeni Sabah" xəbər verir ki, Baş nazirinin birinci müavininin xidməti, Baş nazirinin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti postuna rəhbər təyin edilməyib.

Bundan başqa Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq, Hüquq və qanunvericilik, Humanitar məsələlər, Nəqliyyat, kommunikasiya və innovasiya, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbələrinə müdir vəzifələri boşdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır.

Fəaliyyət istiqaməti Konstitusiyada təsbit olunmuş və Prezidentin aktları ilə həvalə olunmuş səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.

Oxşar xəbərlər