Nazirlik 13 milyona iki məktəb tikəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik 13 milyona iki məktəb tikəcək

İqtisadiyyat

21 Oktyabr 2026 10:02 194


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki rayonda yeni tam orta məktəblərin tikintisi ilə bağlı işlər  həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, idarə ilk olaraq Ağcabədi rayonunun Hüsülü kəndində 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə satınalmanı həyata keçirib. Bu satınalmanın maliyyə dəyəri 9 172 580,14 manat təşkil edir.

Diqər satınalma isə Ağstafa rayonunun S.Məmmədov adına Poylu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlıdır. Həmin layihə üzrə müqavilənin məbləği 4 592 896,30 manat olaraq müəyyənləşib. pizza

Qeyd edək ki, iki məktəbin tikintisi üçün ümumilikdə 13,76 milyon manatdan çox vəsait ayrılıb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!