Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ

Sosial

30 Avqust 2026 10:16 198


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Dördpendirli pizza

FHN əhaliyə mümkün təhlükələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

Nazirlik bildirib ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqınlardan qorunmaq üçün sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq lazımdır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

FHN-dən bildirilib:

"Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalara yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq tövsiyə edilir.

Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!