Nazirlik əlilliyi olan şəxslərlə bağlı   məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

Sosial

12 Aprel 2024 10:36 32447


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən Yenisabah.az-a verilən xəbərə görə, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub.

Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub. pizza hut

Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sharaf
    Mənim qulagım eşitmir mənə əlillik düşür
    2 years ago
  • Orxan
    Salam artıq 1 ilə yaxındıki 6 saylı dost agentliyinə 2. 3 dəfə getddik deildiki sisdemdə düşür amma verəbilmərik. . Qeyd edimki mən Cabbarov Orxan Rövşən oğlu və yoldaşım Cabbarova Gülnar İlyas qızı ikimizdə 1 ci qrup əlilik ,amma nədənaə nə yoldaşıma nədə mənə kalyasqa verilmir mən 1 ci qrup yoldaşım 1 ci qrup əliliksə səbəb nədi verilmir xaiş bu iş üzrə gündəm edib üzə çıxarın bəlkədə Nazirliyin heç xəbəri yoxdu hələm yoldaşımada 4 ayaq (kadilok)vermədilərki siz ikiniz evdə gəzəbilmərsiz bunu prizdident ayırıbsa bunlar nəiçin mənisəib vermir və hədda biz əlillərçin çətinləşdirilib birvaşa əhmədli pratezniyə getməy olmur gərək Dost mərkəzə yaxınlaşsın sonra biz ikimizdə müddətsiz əlilik geriyə gedir irəliyə getmirik bizçin eahat etmıydən dahada çətinləşdirilir
    2 years ago
  • Əfqan Məsimov
    Eşitmə aparatı
    2 years ago
  • Nurane
    Anam gözden 3dereceli elildi, iki gözü görmediği halda , sağ gözün yaziblar yungul derece, anam Öz hereket ede bilmir, ve gözleri qeti suretde gormur, komeklik isteyirem sizden anam ucun 5uwaq anasiyam , ne islemirem,ne alimentimi ala bilmirem, ne sosial yardım ala bilmirem, hec bir yerden gelirim yoxdu, körpe usaqli anayam evdar qadinam bu barede mene komeklik edin, anamın hec bir dermanin ala bilmire.
    2 years ago
  • Maqsud
    Hamını nəzərə alsalar ...yoxsa gözdən pərdə asmaq yox.təki belə xeyirli işlər olsun hər sahədə.
    2 years ago
  • İlham
    Protez ortobetik mərkəzi mənim başıma elə bir oyun açır ki fakt sistemdə qeyd olunan vasitələri gedirəm vermirlər. Sanitar Əlil arabası 4 ildir yazdırmışam sistemdədə var gedirəm vermirlər. Allah özlərinə qismət etsin. Nece ki məni onlar çətinlikdə qoyurlar Allah onları və Sahil Babayevi məndən beter çətin vəziyyətə qoysun inşeAllah.
    2 years ago
  • Həyat Qardaşova
    Salam mənim qızımın 13 yaşı var mən onə əlillik ala bilmirəm kömək edin alım .serabler iflic xəstəsidir xahiş edirəm kömək edin
    2 years ago
  • Muzadil
    Salam Məmmədov muzadil mubariz oglu səmkir rayonun dəllər qəsəbəsində yasayiram hərbi xidmətdə 9 ay xidmət etmisəm boyəyim faliyetini itirb kamsavat ediblər ozum usag evində boyumusəm pensiyam dayanib Berpa edə bilmirəm cox xayis edirəm dəsdəy olasiniz
    2 years ago