Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin görülməsi üçün işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, “S.H. İNŞAAT XİDMƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tərəflər arasında ümumi maliyyə dəyəri 8 milyon 636 min 264 manat 75 qəpik təşkil edən müqavilə imzalanıb.
Razılaşmaya əsasən, müvafiq təhsil müəssisələrində nəzərdə tutulan təmir və bərpa işləri həmin şirkət Sezar pizza
tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən şirkətin müəyyən dövr ərzində 71 min 157 manat vergi borcu yaranıb.
Vergilər Nazirliyi "S.H. İnşaat Xidməti" MMC-ni 05 May 2011-ci il tarixində dövlət qeydiyyatına alıb. 50 manat nizamnamə kapitalı olan şirkətin direktoru Heydərov Səməd İsmayıl oğludur.
Cəlalə Cəlalqızı
Telegram kanalımız