TƏCİLİ: FHN məhşur yaşayış kompleksində tikintini dayandırdı 

saytların hazırlanması

Evə çatdırılma

TƏCİLİ: FHN məhşur yaşayış kompleksində tikintini dayandırdı 

Sosial

13 Fevral 2023 15:30 9311


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Yenisabah.az xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən "Park Azure" kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olib. 

Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!