Yanvarın 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş onlayn vebinar keçirilib.
“Yeni Sabah” xəbər verir ki, vebinarda nazirliyin əməkdaşları ilə yanaşı, Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllim və direktorları iştirak ediblər.
“EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə Dünya Ekoloji Təhsil Gününün ətraf mühit problemlərinin ictimaiyyətə çatdırılması, gələcəkdə baş verə biləcək fəsadların qarşısının alınması üçün bir çağırış olduğunu bildirib. O ekoloji maarifləndirmə və təbliğat işlərinin ətraf mühitin qorunmasında vacib rol oynadığını qeyd edib. Pepperoni pizza
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ekoloji təhsilin daha geniş kütləyə çatdırılması, ekoloji mədəniyyətin formalaşdırılması, ətraf mühitin mühafizəsində ictimaiyyətin rolunu artırmaq üçün tədbirlər görüldüyünü və çağırışlar edildiyini bildirib.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov, Göygöl Milli Parkının əməkdaşı Fuad Quliyev çıxış edərək bildiriblər ki, milli parklara gələn turistlər təbiətin füsunkar gözəlliklərindən zövq almaqla yanaşı, həm də maarifləndirilir, milli parklarda müxtəlif ekoloji tədbirlər və məktəblilər üçün açıq dərslər keçirilir. Onlar təbiətə sevginin, ekoloji tərbiyənin kiçik yaşlarda formalaşdırılmasının əhəmiyyətindən bəhs edib, hər kəsi ətraf mühitin qorunmasında birlik nümayiş etdirməyə səsləyiblər. Bununla yanaşı, milli parklar haqqında çəkilmiş film və reportajlar nümayiş etdirillib.
Tədbir zamanı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə hazırlanmış azərbaycan və rus dillərində “Plastik bizim həyatımızda - 5 dərs” metodiki vəsaitin təqdimatı da olub.
Telegram kanalımız