Nazirlik xəbərdarlıq etdi: Havada tozun miqdarı 4.3 dəfə çoxdur

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik xəbərdarlıq etdi: Havada tozun miqdarı 4.3 dəfə çoxdur

Sosial

23 İyul 2021 09:37 655


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Yenisabah.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Marqarita pizza

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!